Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonu ərazisində yerləşən Kətikdağ

0

  •       Kətikdağ Xocalı rayonu ərazisində dağdır. Mütəq hündürlüyü 1375 m-dir. Bəzi tədqiqat­çıların fikrincə, kətikdağ toponimi qədim türk
    dillərindəki “kətik” (Azər­baycan dilində “gədik”) və “dağ” sözlərinin birləş­məsi
    nəticəsində yaran­mışdır. Toponim “iki dağ arası gədik” mənasındadır. Topo­nimin
    adında olan kətik komponentini Qafqaz Albaniyasındakı Ketik məbədinin adı ilə
    əlaqələndirən tədqiqatçılar da vardır. Orta Asiyada (Qaza­xıs­tanda və başqa
    yerlərdə) da Ketik
    toponiminə rast gəlmək olar. Xocalıda Kətük
    (Kətik) adlı kənd də var. Kətikdağ oronimi çox güman
    ki, türk dillərindəki kat sözündən əmələ gəlib. Kat – “dagın meşəsiz, gündüşən
    tərəfi”, “pilləvari sıra” mənalarında işlənir. Bir çox dillərdə kat/kət komponenti həm də “qala”, “pəyə”, bina”,
    “ev” və s. (Hind-Avropa, türk-monqol, fin-uqor) mənalarını verir. Kətik­­dağ
    sözü ilə bağlı əfsanə də var. Xalq etimologiyasına görə, iki qardaş olan Keti
    və Mehdi burada ov edərkən Mehdi maral dərisinə bürünmüş Ketini səhvən maral
    bilib tüfənglə vurub öldürür. Yaxınlaşıb baxanda qardaşını vurduğunu görən
    Mehdi özünü də öldürür. Guya hər iki qardaşın qəbri Kətik­dağdadır. Kəlbəcər
    rayo­nundakı Ketidağ
    oroqrafik obyekti də bu qəbildəndir.       Kətikdağ 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kətikdağ dağı Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

    Mənbə: "Müqəddəs yurd: Xocalı" kitabına və wikipedia səhifəsinə istinad edilmişdir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Xocalı rayonu ərazisində yerləşən Kətikdağ

    Maraqlı gələ bilər
    53
    78
    80